Maraqlı

Sərvətini qohumlarına yox, meymununa vəsiyyət etdi

Sərvətini qohumlarına yox, meymununa vəsiyyət etdiHindistanda yaşayan bir cütlük mirasını evdə saxladıqları meymuna bağışlayıb.

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin xəbərinə görə, Hindistanın Uttar Pradeş əyalətində yaşayan Şabita və Brajesş Srivastava cütlüyü uşaqları olmadığı üçün 2004-cü ildə aldıqları və Çunmun adını verdikləri meymuna kiçik bir sərvət bağışlayıblar. Ev, bağ, pul və şirkətlərini oğulları kimi gördükləri meymunlarına miras qoyan cütlük bütün qohumları ilə əlaqələrini kəsiblər.

Əvvəllər kasıb olan cütlük bir müddət sonra olduqca zəngin olublar. Çox istəmələrinə baxmayaraq uşaq sahibi ola bilməyən cütlük övlad həsrətlərini onunla son qoymağa çalışıblar. Meymuna xüsusi otaq hazırlayan cütlük onun bütün ehtiyaclarını qarşılamağa çalışırlar. 40 yaşına qədər yaşayacağını düşündükləri meymun onlardan daha çox yaşayarsa çox zəngin olacaq

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button