Maraqlı

“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” – COVİD-19 xəstəsi

Bakıda yaşayış yerinin qanunsuz tərk edən COVİD-19 virusunun daşıyıcısı olan iki nəfər barədə cinayət işi başlanılıb.

“SAVAŞ” DİN-ə istinadən xəbər verir ki, ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. O, saxlanılan zaman deyib ki, insanların sıx olduğu yerlərə getməyib: “Evdə ürəyim sıxılırdı, maşını götürüb bir az fırlanım”.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir COVİD-19 xəstəsi isə Yasamal rayonunda saxlanılıb. 1977-ci il təvəllüdlü Rüfət Rəhimbəyli koronavirus testi pozitiv çıxdıqdan sonra dəfələrlə küçəyə çıxaraq gəzmiş və növbəti dəfə saxlanılaraq şöbəyə aparılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button