Maraqlı

“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” – Paşinyan Zod qızıl yatağından danışdı

“Ermənistan və Azərbaycan dövlətləri SSRİ dövründə qəbul olunmuş sərhədlər əsasında delimitasiya prosesini həyata keçirirlər”.

Savash.org  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa videomüraciəti zamanı Kəlbəcərin Zod yatağı ətrafında gedən prosesləri şərh edərək deyib.

O, prosesin 9 noyabr razılaşması çərçivəsində reallaşdığını söyləyib. Paşinyan qeyd edib ki, sənədin imzalandığı vəziyyətdə sadəcə başqa yol yox idi. Baş nazir digər variantın daha pis olacağını söylədi, baş nazir eyni zamanda vəziyyətin niyə kritik bir nöqtəyə gəldiyini soruşdu.

“Məni ən çox suallara cavab tapmaq maraqlandırır. Ancaq bu uzun bir prosesdir və bu gün isə dərhal həll edilməsi lazım olan məsələlər var. Ən vaciblərindən biri daxili və xarici təhlükəsizliyin təmin edilməsidir. Və atılmalı olan addımlardan biri nə qədər xoşagəlməz olsa da 9 Noyabr razılaşmasının həyata keçirilməsidir”,-deyə Paşinyan qeyd edib.

Baş nazir müqavilənin həyata keçirilməsinin Sovet Ermənistanının sərhədi kimi tanınan Qeqarkunik bölgəsində Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsini də nəzərdə tutduğunu qeyd edib. 

“Üstəlik, bu sərhəd gözlə deyil, GPS koordinatları ilə müəyyənləşdirilir. Artıq izah edildiyi kimi, Zod mədəninin bir hissəsi Sovet Ermənistanı, digər hissəsi isə Sovet Azərbaycanı ərazisində mövcud olub”,-deyə Paşinyan qeyd edib.

Paşinyan həmçinin əlavə edib ki, delimitasiya prosesi Azərbaycan tərəfinin də iştirakı ilə baş verməli olan mürəkkəb bir prosesdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button