Maraqlı

Maykl Cekson yaşayır! – İDDİA

Dünyaca məşhur pop-kralı Maykl Ceksonun yaşadığı iddia edilir.

Savash.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “NYGMA” Yutub kanalı iddia irəli sürərək, ortaya faktlar qoyub.

M.Ceksonun ölümündən sonra “Sofurgofromashes” adlı bir kanalın açıldığını və sirli videoların oraya yükləndiyi deyilir. Kanalı idarə edən şəxsin kim olduğu ilə bağlı heç bir məlumat yoxdur, həmin şəxsin pop-kralı olduğu iddia edilib:

“Videolardakı şəxs Maykl kimi rəqs edir, onun kimi geyinir. Bu videoları izləyən bir çox Maykl fanatı görüntülərə ciddi yanaşmayıb. Çünki istənilən Maykl fanatı onun kimi geyinə, rəqs edə bilər. Lakin bir müddət sonra kanalda yayımlanan videolarda Maykl Ceksonla bağlı qəribə detallar izləyicilərin diqqətini cəlb etməyə başlayıb. Məsələn, rəqs etdiyi bir yerin nəzarət qüllələri ilə əhatə olunması olduqca qəribə idi. Çəkilən videoların hamısında həmin şəxs maskada olub. Maykl Cekson da burnunda etdirdiyi çoxsaylı əməliyyatdan sonra mikrob və tozdan qorunmaq üçün məcburən maska ilə gəzirdi. Kanalın adının “Küllərindən yenidən doğulmaq”  olması da insanları şübhəyə salır. Sirli videolar yüklənən kanal Cekson fanatlarını onun sağ olduğuna ümidini artırıb”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button