Maraqlı

Vaksin bədəndə yenidən virus yaradır – Tanınmış alim COVİD-19 peyvəndlərindən danışdı

Artıq bir sıra ölkələr koronavirusa qarşı vaksinin sınaq mərhələsində olduğunu bildirib. Rusiya, Çin, Türkiyə eləcə də bəzi Avropa ölkələrində bu istiqamətdə işlər gedir. Lakin hazırlanan vaksinlər insanlarda bir sıra suallar yaradır və bu istiqamətdəki son proseslər maraqla izlənilir.

Peyvəndlər və onların təhlükəsizliyi barədə Sfera.az-a Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov danışıb.

Koronavirusa qarşı özü də vaksin hazırlayan azərbaycanlı alim bir neçə ölkədə hazırlanan vaksinlərin təsirliliyindən söz açıb:

Çinin təklif etdiyi vaksin uğurlu deyil, çünki tətbiq etdikdən bir müddət sonra virus bədəndə yenidən aktivləşir

“İndi Türkiyədə Çindən gətirilmiş bir vaksin klinik şəraitdə insanlar üzərində yoxlanılır. Amma həmin vaksinin niyə Çində yox, başqa ölkələrdə sınaqdan keçirilməsi sual olaraq qalır. Bu vaksin birbaşa virusun özündən hazırlanır və hər bir elm adamı belə vaksin hazırlaya bilər. Lakin bu inaktivasiya olunmuş virusun da bir sıra mənfi cəhətləri var.

Bir sıra hallarda uğurla tətbiq edilən vaksinlərin istifadəsindən bir müddət sonra immun sistemi aktiv olan şəxslərdə virus yenidən aktivləşə bilir. Bu baxımdan Çinin təqdim etdiyi belə vaksinləri uğurlu hesab etmək olmaz. Uğurlu vaksin həm aşağı maliyyə ilə hazırlanmlıdır, həm də yüksək qoruyuculuğa malik olmalıdır”.

Almaniyada hazırlanan vaksinləri də uğurlu hesab etmək olmaz

“Almaniyada türkiyəli alim tərəfindən növbəti vaksin hazırlanır ki, bu da Türkiyə dövləti tərəfindən maraqla qarşılanır. Bu ARNT bazalı yaradılan vaksindən müsbət gözləntilər ola bilər, amma ABŞ tərəfindən heç bir vaksin rəsmi qəbul edilmədiyi üçün təqdim ediən vaksinin necə olacağını bilmirəm.

Bu vaksinin də öz mənfi cəhəti var. Belə ki, vaksin koronavirusun genetik kodundan hazırlanır və bədəndə protein istehsal etməyə başlayır. Artıq bu vaksin bədənə vurulduqdan sonra ona nəzarət etmək çətinləşir və bu da problemlərin yaranmasına gətirib çıxarır”.

Bir ay sonra artıq Türkiyədə vaksinlərin insanlar üzərində sınağına başlanıla bilər

“Mənim də üzərimdə çalışdığım vaksin protein təməllidir. Bu vaksini hazırlamamışdan öncə dünyadakı 500-ə qədər virusun amin turşularının analizini apardım. Uyğun proteinlərin tərkibini öyrəndikdən sonra artıq vaksin hazırlamağa başladıq. Uyğun dedikdə, proteinlərin sonradan bədəndə dəyişiklik yaratmamasını nəzərdə tuturam.

Artıq koronavirusa qarşı 5 vaksin hazırlamışam. Onlardan üçü dörd ay əvvəldən heyvanlar üzərində sınaqdan keçirilib. İndi onların insanlar üzərində sınaqdan keçirilməsi lazımdır. Bunun üçün isə 100000 dollar dəyərində məbləğ lazımdır ki, aidiyyətı təşkilat tərəfindən icazə verilsin”.

Koronavirusun ölümlə nəticələnməsinin üç əsas səbəbi var:

“İnsanların koronavirusdan ölməsinin bir sıra səbəbləri var. Əsas səbəblərdən biri təzyiqin qalxması, infarkt və beyin iflicidir. Beyin iflicinin də səbəbi bədəndə proteinlərin tamamilə yoxa çıxmasıdır.

Vaksin yaş məhdudiyyəti olmadan hamıya tətbiq ediləcək. Amma vaksinin miqdarı çəkiyə görə dəyişir. Yəni, vaksinin böyüklər üçün vurulan dozası kiçiklərlə eynilik təşkil etmir”.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button