Maraqlı

Ərdoğanın maraqlı kolleksiyası – siqaret qutuları

Ərdoğanın maraqlı kolleksiyası - siqaret qutularıTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın kolleksiyası marağa səbəb olub.

Müsavat.com-un məlumatına görə, Ərdoğanın kolleksiyası siqaret qutularıdır. Getdiyi hər yerdə siqaret çəkən insanlara siqareti tərgitməyi tövsiyə edən prezident qutunu alaraq üstünə ad, soyad, telefon nömrəsi yazdırir. Tütünlə mübarizəyə xüsusi həssaslıq göstərən Ərdoğan üstü yazılı qutulardan kolleksiya toplayır.

Yığdığı kolleksiya haqqında məlumat verən Ərdoğan deyib: “Hər halda Türkiyədə belə bir kolleksiya yığan yoxdur. Təbii ki, bu çəkilən yox, tərgidilən siqaretlərin kolleksiyasıdır. Kiminsə siqareti tərgitməsinə səbəb olanda xoşbəxtlik hiss edirəm”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button