Maraqlı

Toylar bərpa edilir? – Deputat “bilmirəm” dedi, həkim yeni toy formatı təklif etdi

Mart ayından etibarən toy şənliklərinin keçirilməsinə icazə veriləcəyi haqda məlumatlar dolaşmaqdadır. Hətta bəzi şadlıq saraylarında cütlüklərin toy tarixinin müəyyənləşdiyi də bildirilir.

Bu kimi məlumatlar nə dərəcədə səhihdir, ekpertlər qarşıdakı aylarda toyların təşkilininə icazə veriləcəyinə inanırmı?

Mövzu ilə bağlı danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızıtoyların təşkili ilə bağlı hər hansı qərarın verilmədiyini xatırladıb:

“Hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərara bağlıdır. Bu barədə konkret bir fikrim yoxdur “.

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov isə toyların müəyyən şərtlər daxilində keçirilməsini zəruri hesab edir:

“Şəxsən mən toyların keçirilməsinin tərəfdarıyam. Görünür, bu virusla hələ uzun müddət yanaşı yaşayacağıq. Yəni, pandemiyanınharadasa 2023- cü ildə bitəcəyi gözlənilir. Odur ki, müəyyən şərtlər daxilində toyların bərpa edilməsinin tərəfdarıyam. Təklif edirəm ki, 30-40 nəfərlik məclislər təşkil edilsin. Toylarda sosial-məsafə, tibbi maskalardan istifadə də mütləqdir. Yoxsa, birinin xoşbəxtliyinə görə başqaları bədbəxt olacaqsa, o toy bizə lazım deyil”.

Həkim ekspert koronavirusun müsbət tərəflərinin olduğunu da söyləyib: “Bu virusun bir müsbət tərəfi də o oldu ki, insanlar öpüşüb-görüşməkdən əl çəkdilər. Koronavirus dünya xalqlarına həm də böyük bir mədəniyyət gətirdi. Allah sənə dili nəyə görə verib, nə vacibdir axı, üzdən öpəsən? Nədənsə insanlar bu kimi məsələlərə diqqətlə yanaşmırlar, gərək gözləri ilə görüb onda inansınlar? Bunlara əməl edin ki, itkimiz də az olsun, əvvəlki yaşayışımıza dönə bilək”.

Jalə Mehdi

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button