Maraqlı
Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı açıqladı

“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi”.
Savash.org APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaza müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan artıq pandemiya ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
“Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, – deyə İ. Məmmədov vurğulayıb.