Maraqlı

Bundan sonra heç nə əvvəlki kimi OLMAYACAQ! – COVİD dünyanı necə sarsıdıb?

COVİD-19 epidemiyasından sonra “İnsanlığı hansı dünya düzəni gözləyir” sualına cavab axtarılsa da, hələ ki, belə bir cavab yoxdur. “Koronavirusdan sonrakı ilk gün necə olacaq”, “dünya köhnə normal vəziyyətinə dönəcəkmi” fikirləri indi dünyada demək olar hamını narahat edir.

Boston Universitetinin Qlobal tədqiqat mərkəzinin professoru Adil Najam 99 mütəxəssislə birgə pandemiyadan sonrakı dünyanın necə olacağını araşdırıb. 2020-ci ilin mart ayından başlayan araşdırma təxminən 190 gün davam edib.

Keçmiş baş nazirlər, astronomlar, elm və düşüncə insanları epidemiyadan sonrakı dünyanın necə olacağının mənzərəsini ortaya qoymağa çalışıblar.

Problemlər artacaq

Sağlamlıq problemləri olan şəxslərin virusa qarşı daha müdafiəsiz olması nümunəsi kimi, böhranın dünyaya təsiri də daha əvvəl mövcud olan problemlərin sürətlənməsini və dərinləşməsini təmin edəcək. “Avro-Asiya” Qrupunun prezidenti Lan Bremmerin fikrincə, bir illik pandemiya on və daha çox illər boyunca ciddi problemlərin yaşanmasına səbəb olacaq. Mütəxəssislərin görüşlərindən əldə olunan ümumi nəticə belədir ki, bu problemlər bütün sahə və peşələrə təsir edəcək. Məsələn, “Times Higher Education” mütəxəssisi Phil Batyin onsuz da dəyişikliklərə ehtiyac duyan universitetlərin “geri dönülməyəcək dərinliklərdə dəyişikliklərə məruz qalacağı” yanaşmasını mütəxəssis Ann Marie Lipinski, habelə Princeton Universitetinin iqtisadi təhlilçisi Arif Milanda da paylaşır.

Harvard Universitetinin ticarət siyasəti mütəxəssisi Dani Rordirk koronavirusdan öncə başlayan sürətli qloballaşmanın geriləyəcəyini qeyd etdiyi halda, “Pardee” Mərkəzin analitiki Perry Mehrlinq cəmiyyətin “qalıcı” transformasiyaya keçəcəyini və “normal” vəziyyətə qayıtmanın qeyri-mümkünyünü bildirir. Nikbinliyi ilə tanınan Nobel mükafatçısı olan iqtisadçı Angus Deaton isə iqtisadiyyatın 20-30 il davam edəcək “qaranlıq bir dövrə” qədəm qoymasına inanır.

Siyasi dünyada iqtisadi dünyada olduğu kimi “xaos” yaşanacaq

Stanford Universitetinin siyasi nəzəriyyəçisi Françis Fukuyama dünyanın siyasi olaraq nəyə bənzəyəcəyi mövzusunda qeyri-müəyyənliyin indiki qədər böyük olduğu bir mərhələni xatırlamır. Koronavirus hökumətlərin səlahiyyətləri kimi əsas məsələni gündəmə gətirir, lakin bununla yanaşı populist millətçilik inkişaf edir, liberal demokratiya isə geriləyir. Mütəxəssislərin heç biri belə siyasətin pandemiyadan əvvəlki dövrə nisbətən daha az təlatümlərə səbəb olacağını düşünmür.

Bu enişli-yoxuşlu proses nəticəsində geopolitik səhnədə yeni və inkişaf edən güc mərkəzi kimi Çinin əsas gücü əlində saxlamaqda davam edən ABŞ-ı təhdid edəcəyi, beləliklə də siyasi düzənin “qarmaqarışıq” olacağı proqnoz edilir. Bu proqnozları daha çox Harvard Universitetinin dekanı, professor Graham Allison dəstəkləyir.

Digər yanaşmaya görə, koronavirus Avropa, Afrika, Latın Amerikası və Yaxın Şərqdə ABŞ-la Çin arasında rəqabəti sürətləndirir və gücləndirir.

Pandemiyadan qalacaq vərdişlər

Bütün peşələrin mütəxəssisləri epidemiya dövründə qazanılan vərdişlərin bundan sonra həyatın bir parçası olacağı mövzusunda həmfikirdir, üstəlik bu vərdişlərin sadəcə evdə işləmək və “Zoom” proqramından istifadə etməklə yekunlaşmadığını qeyd edirlər.

Məsələn, texaslı professor Robin Murpi koronavirus səbəbindən artıq robortların “hər yerdə” olacağına inanır.

Boston Universitetinin tibb fakültəsinin dekanı Karen Antan və Pakistandakı Ağa Xan Tibb Universitetinin dekanı Adil Heydər “teletibb”in (telekomunikasya, texnologiyadan istifadə etməklə xəstələri uzaqdan müayinə edib müalicə etmək) yox olmayacağı, əksinə genişlənəcəyi düşüncəsindədir.

“Salesforce” proqram şirkətinin mütəxəssisi Vala Afşarın fikri isə prosesi daha da irəli daşıyır. Onun fikrincə, Covid-19-dan sonra dünyadakı bütün müəssisələr “rəqəmsallaşacaq”, yəni ticarətdən qarşılqlı əlaqə və işçi qüvvəsinə qədər hər sahədə rəqamsal keçid olacaq.

İllərdir qlobal epidemiyalar barədə xəbərdarlıq edən alim Laurie Garetti isə pandemiyanın iqtisadi və sosial sistemdəki haqsızlıqları aradan qaldırmaq üçün fürsət ola biləcəyini deyir. Onun fikrincə, heç bir sahə əvvəlki kimi işləməyəcək. Alim bu səbəbdən də xaos vəziyyətində yenidən “təməldən quruluşun” yaranmasının mümkünlüyünə inanır.

Ətraf mühit üzrə mütəxəssis Bill Mkibben pandemiyanın həyəcan siqnalı ola biləcəyini, fəlakət və böhranların həqiqətən baş verə biləcəyinə inandıqlarını, lakin insanların bu böhranları aşa biləcəyini gördüklərini qeyd edir. Bu fikirlərlə razılaşan iqtisadçı Toas Piketti bərabərsizliyin və millətçiliyin artdığını etiraf etsə də, “sosial dövlət”ə daha çox sərmayə qoymağın vacibliyini önə çəkir. Ona görə, Covid-19 infrastruktur sahəsində və səhiyyədə dövlət investisiyalarının üstünlüklərini gücləndirir.

Müasir dünyamızın ən güclü intellektuallarından olan Noam Khomski xülasə olaraq deyir ki, hər bir insan “Bu böhrandan sonra necə bir dünya ortaya çıxacaq” sualını özünə verməli, hansı dünyada yaşamaq istədiyini müəyyən etməlidir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button