Maraqlı

Azərbaycanda jurnalisti şantaja görə öldürən şəxslə bağlı YENİ XƏBƏR

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

Şəmkir rayopn prokurorluğundan məlumata görə, hadisə yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun “Qərb bölgəsi press” adlı qəzetinin təsisçisi olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button