Maraqlı

Alla Puqaçovadan Navalnıya DƏSTƏK

Rus estradasının ulduzu, Xalq artisti Alla Puqaçova həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək nümayiş etdirib.

Savash.org xəbər verir ki, bu barədə ruslara məxsus “Telegram” kanalları məlumat yayıb.

Sənətçi ölkə prezidenti Vladimir Putinə dəstək nümayiş etdirən həmkarı Filipp Kirkorovu “Instagram” hesabında izləmədən çıxararaq, onun yerinə Navalnını izləməyə başlayıb.

Qeyd edək ki, ötən ilin avqust ayında sinir-iflic maddəsinin istifadəsiylə həyata keçirilən hücumdan sonra, Almaniyada müalicə olunan Kremlin tənqidçisi, Aleksey Navalnı 18 yanvarda Moskvaya qayıdarkən 30 sutkalıq həbs edilib. Onun azadlığa buraxılması üçün Rusiyanın müxtəlif şəhərlərində mitinqlər keçirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button