Maraqlı

Pandemiya Bil Qeytsə niyə sərf edir? – Milyarderin qorxunc proqnozlarının arxasındakı SİRR

“Onlayn şirkət sahibi olaraq pandemiya Bil Qeytsə milyonlar qazandırır. Bu səbəbdən də o müntəzəm olaraq pandemiya ilə bağlı bədbin bəyanatlarla çıxış edir”.

Bunu “Mikrosoft” şirkətinin təsisçisi, milyarder Bill Qeytsin pandemiya başlanan dövrdən COVİD-19-la bağlı müxtəlif bədbin fikirlər səsləndirməsinin arxasında hansı məqsədlərin durduğuna aydınlıq gətirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib.

Həmsöhbətimiz bildirir ki, bu tip insanlar öz sözlərilə dünyada gedən proseslərə təsir etmək gücündədir:  “Bill Qeyts tək biznesmen kimi deyil, filantrop, xeyriyyəçi kimi də tanınır. O, dünyada özü kimi insanların sözlərinə ciddi reaksiya verildiyini görür. Ona görə də bu tip insanların sözlü yönləndirmələrlə dünyada gedən proseslərə təsir edə bildikləri açıq şəkildə görünür”. 

N. Cəfərli qeyd edir ki, COVİD-19 internetlə bağlı şirkətlərə pozitiv təsir edib: “Qeytsin “Microsoft” şirkəti pandemiya dövründə ən çox pul qazanan şirkətlərdən biri olub. 2020-ci ilin son rübündə bu şirkət 42 milyard dollar qazanc əldə edib ki, bu da pandemiyadan əvvəlki dövrlə müqayisədə daha yaxşı nəticədir. 

Onlayn həyat tərzi, bütün həyatın internet üzərindən idarə olunması “Mikrosoft” kimi rəqəmsal şirkətlərin daha çox qazanc əldə etməsinə şərait yaradıb. Yəni, bu tipli vəziyyətlər internetə aydiyyatı olan şirkətlərə pozitiv təsir edib.”. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button