Maraqlı

Azərbaycanda məşhur xəstəxana ləğv olunduğunu elan etdi (FOTO)

Bakıda “Kaspar” kimi tanınan məşhur xəstəxananı idarə edən “Dənizçilər Poliklinikası” MMC ləğv olunduğunu elan edib.

Savash.org xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinini törəmə müəssisəsi olan “Dənizçilər Poliklinikası” MMC-yə qarşı tələbləri olan kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına müraciət edə bilərlər. 

Qeyd edək ki, nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Fəxrəddin Qiyas oğludur. AXDG-nin mətbuat xidmətindən Turan-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə “Dənizçilər Poliklinikası” MMC-nin əmlakı Dövlət Gömrük Komitəsinin balansına verilib. Maraqlıdır ki, hökümətin bu qərarı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının qanununa zidd olaraq, hələ də mətbuatda dərc edilməyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button