Maraqlı

İstanbulda Azərbaycan küçəsinin açılışı oldu – FOTO

Türkiyənin İstanbul şəhərininin tarixi və mərkəzi səmtlərindən biri olan Sarıyer rayonunda Azərbaycan küçəsinin açılış mərasimi keçirilib.

Savash.org xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva, Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş küçənin girişində qoyulan “Azərbaycan küçəsinə xoş gəldiniz!” lövhəsinin qarşısında xatirə şəkli çəkdiriblər.

N.Mustafayeva bildirib ki, Sarıyer rayonundakı Cendere küçəsinin adı ötən il iyunun 13-də Baş Konsulluğun təşəbbüsü və Sarıyer rayon Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə dəyişdirilərək Azərbaycan olub:

“Bu qərar tarixin bütün dövrlərində bir-birinə arxa, dayaq olan iki ölkə arasında qardaşlıq bağlarının güclənməsinin daha bir bariz nümunəsidir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button