Maraqlı

1969-cu ildə yazılmış məktub tapıldı: 11 yaşlı qızın reallaşan öncəgörümləri hamını ŞOKA SALDI

Böyük Britaniyanın Piterboro şəhərində yaşayan mebel bərpaçısı Piter Bekerton köhnə divanın içindən 1969-cu ildə yazılmış bir məktub tapıb. Məktubda artıq gerçəkləşən öncəgörmələr yer alıb. 

Usta bərpa edilmək üçün ona göndərilən köhnə divanın içindən 1969-cu ilin 23 fevralında 11 yaşlı qızın yazdığı bir məktub tapır. Sözügedən məktubda məktəbli qızcığaz gələcək həyatı, gələcəkdə dünyanın necə olacağı ilə bağlı fantaziyalarını təsvir edir. Bu ona verilən ev tapşırığı olub. 

Qızcığaz yazırdı ki, illər sonra telefonlar ekranlı olacaq və həmsöhbətlər bir-birini görə biləcək. “Bu bir az televizora bənzəyir”,- deyə məktub müəllifi qeyd edir. Onun proqnozlarına görə, televizorlar da dəyişəcək: onlar kiçik ölçülü qutulardan böyük ekranlara çevriləcək və həmin ekranları divanda oturaraq düymələr vasitəsilə idarə etmək mümkün olacaq. Qızcığaz  həmçinin yazırdı ki, evlərə düymə ilə idarə edilən elektrik  qapılar qoyulacaq.  

Amma məktubda gerçəkləşməyən proqnozlar  də var. Misalçün, qızcığaz ümid edirdi ki, gələcəkdə vərdiş etdiyimiz qida olmayacaq, xüsusi saqqız çeynəyib doyacağıq, bu üzdən çirkli qab-qaşıq yumağa ehtiyac qalmayacaq. 

Bekertonun xanımı Roza sözügedən məktubun müəllifini tapmaq ümidilə onu sosial şəbəkədə paylaşmaq qərarına gəlib. Qadın qeyd edib ki, həyat yoldaşı köhnə mebellərdə tez-tez nələrsə tapır, amma bu dəfəki tapıntı qədər maraqlısı olmayıb.

 Mənbə: RİA.Novosti

Tərcümə: Selcan
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button