Maraqlı

Facebookda pul qazanma imkanı

Facebookda pul qazanma imkanıFacebook-a yüklənən videolar bundan sonra tək şəbəkə daxilində paylaşılmayacaq, başqa saytlara da yüklənə biləcək.

Artıq facebook-da videolar \”embed\” kodu ilə paylaşıla biləcək. Bu yolla istifadəçilərin pul qazanmaq imkanı olacaq. Tezliklə aktivləşdirilməsi gözlənilən bu funksiya sayəsində facebook-da paylaşılan videolar tək sosial şəbəkə daxilində deyil, digər saytlara da yüklənə biləcək. Bu paylaşılan videoların üzərinə reklamlar da yerləşdirilə biləcək. Bu da facebook istifadəçilərinə reklamdan da pul qazanmaq imkanı yaradacaq.

Qeyd edək ki, indiyədək facebook-a yüklənən videolar yalnız şəbəkə daxilində paylaşıla bilirdi. Lakin \”embed\” kod vasitəsilə facebook-a yüklənən video başqa saytlarda da yüklənə biləcək. (anspress)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button