Maraqlı

Anakondanın qarnına girən jurnalist reportaj hazırladı – VİDEO

Anakondanın qarnına girən jurnalist reportaj hazırladı - VİDEOAnakonda ilanının qarnına girərək görünməmiş addım atan jurnalist yaşadıqlarını danışıb. Paul Rosolie özünün hazırladığı xüsusi geyim sayəsində ilan tərəfindən udulmasını təmin edib.

Paul bu zaman özündən çox dünyanın ən zəhərli inanının sağlamlığı haqqında düşündüyünü deyib. O, açıqlamasında ilanın qarnından necə çıxması barədə heç bir açıqlama verməyib. Lakin təcrübədən sonra anakondanın sağ qaldığını və onun sağlamlığı ilə bağlı heç bir problem olmadığını deyib.

İlanın insanı necə udması barədə veriliş \”Discovery Channel\” üçün çəkilib. “Eaten Alive” adlı proqram çəkilişləri zamanı təbiət mühafizəçisi olan Paul xüsusi bir geyim geyərək ilanın onu udmasını təmin edib. Rosoline 9 metrlik anakondanın qarnına girə bilib.
Onun üçün xüsusi hazırlanan geyim ilanın zəhərinə, sıxılmalara qarşı davamlı olub və 3 saata yaxın oksigen ehtiyatı ilə təmin edilib. Geyim də həmçinin gəncin ətrafla əlaqəsi üçün kamera və sensorlarda qurulub.
Rosolie ilanın diqqətini çəkmək üçün üstünə donuz yağı sürtüb.

Qeyd edək ki, adıçəkilən verilişin anonsu böyük rezonans doğurub. Proqram dekabrın 7-də yayımlanacaq.(anspress.com)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button