Maraqlı

Azərbaycanlıların üstünlük verdiyi 10 avtomobil markası – SİYAHI

“2000-ci ildə ölkəyə neft pulları gəlməmişdən qabaq hər 10 avtomobildən 9-u Rusiya istehsalı idi. Artıq 2019-cu ildə isə hər 5 maşından cəmisi 2-si Rusiyanın payına düşürdü. Əvəzində Almaniya bu müddətdə öz payını 2,7%-dən 25,3%-ə qaldırdı”.

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, neft pullarının axışından sonra istehsalçı ölkələrlə markalar əhəmiyyətli dərəcədə dəyişib.
Ekspertin sözlərinə görə, əvvəl hər 50 maşından 1-i alman markası idisə, indi hər 4-cü maşın Almaniya istehsalıdır:“Bir sözlə, 20 il ərzində avtomobillərin sayı 4 dəfəyədək artıb”.

“Baku Research İnstitute” mərkəzinin araşdırmasına görə isə 2000 və 2019-cu illərdə azərbaycanlıların ən çox istifadə etdiyi 10 minik avtomobil markaları bunlar olub: 

2000-ci ildəki ardıcıllıq  belə olub – ”VAZ”, “Moskviç”, “QAZ”, “UAZ”, “Mercedes”, “BMW”, “Daewoo”, “Ford”, “Renault”, “Nissan”.

2019-cu ildə isə azərbaycanlıların ən çox istifadə etdiyi avtomobil markaları belə sıralanıb  – ”VAZ”, “Mercedes”, “Hyundai”, “Toyota”, “Opel”, “QAZ”, “KİA”, “Nissan”, “BMW”, “Volkswagen”.

2000-ci ildə llk onluqda olan istehsalçı ölkələr isə Rusiya, Almaniya, Cənubi Koreya, ABŞ, Fransa, Yaponiya olub. 2019-cu ildə isə Rusiya, Almaniya, Cənubi Koreya və Yaponiya”.

Gülər
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button