Maraqlı

Ölümlərin sayı 30 faiz artıb – “Bu demoqrafik fəlakətdir və rəsmi izahat verilməlidir”

“Ölkənin səhiyyə sisteminə məsul olan orqanların 2020-ci ildəki demoqrafik vəziyyətlə bağlı hesabat hazırlayaraq ictimai müzakirəyə təqdim etməsi son dərəcə vacibdir”.

Bunu iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki,  müharibədə itkilərimizi nəzərə almasaq belə, 2020-ci ildə ölkədə ölümlərin sayı 30% artıb: 

“Müharibə itkiləri nəzərə alındıqda isə bu rəqəm 35% olur. 1995-ci ildən bəri  bu dövrdə 11 il ərzində ölüm sayı özündən əvvəlki ilə nisbətən azalıb, 14 ildə isə artıb. Lakin bu artımların ən yüksək səviyyəsi heç vaxt 5%-i ötməmişdi (2003-cü ildə). Yerdə qalan illərdə artım dinamikası maksimum 2-2.5% intervalında dəyişib”.

İqtisadçı qeyd edib ki, indiki 30%-lik göstərici son dərəcə kəskin artımdır: “Bu, demoqrafik fəlakət adlandırıla biləcək durumdur və rəsmi izah tələb edir. Bu statistika ilə bağlı bir vacib məqamı da vurğulamaq istərdim – son 3-4 ildə 65 yaşdan aşağı vəfat edənlərin payı əhalinin ümumi ölümlərində 40-41% aralığında dəyişsə də, 2020-ci ildə 42.6%-ə yüksəlib. Bu isə cavan ölüm əmsalının daha da yüksəldiyini göstərir”.

Günay
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button