Maraqlı

NASA söz verdi: \”Yadplanetlilərin yaşayış yerini tapacağıq\”

NASA söz verdi: "Yadplanetlilərin yaşayış yerini tapacağıq"NASA söz verdi: "Yadplanetlilərin yaşayış yerini tapacağıq"Bəşəriyyət yaxın 10-20 ildə yadplanetli həyatını tapa biləcək. Savash.org-un space.com-a istinadən verdiyi xəbərə görə, belə bir proqnozla NASA-nın baş elmi məsləhətçisi Ellen Stofan çıxış edib.

“Məncə, biz yaxın 10 il ərzində Yerdən kənar həyatın ciddi əlamətlərini aşkar edəcəyik. 20-30 il ərzində isə onun mövcudluğunun dəqiq sübutunu əldə edəcəyik” – deyib xanım Stofan.

Onun sözlərinə görə, alimlər həyatı harada və necə axtarmağı bilirlər. Həmçinin, bunun üçün müvafiq texnologiyalara da malikdirlər. Keçmiş astronavt Con Qransfeld isə hesab edir ki, həyat əlamətləri çox tezliklə həm Günəş sistemində, həm də ondan kənarda tapılacaq.

Alimlərə görə, həyatın yaranması üçün vacib sayılan komponentlərdən biri kimi suyu həm Günəş sistemində, həm də ondan kənarda tapmaq mümkün olur.

Maye su okeanları Yupiterin peykləri olan Avropa və Qanimedada, həmçinin Saturnın ayı olan Enseladada var.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button