Maraqlı

Marsda həyat olub – SÜBUT

Marsda həyat olub - SÜBUTÜç il əvvəl Mərakeşdə səhraya düşən bir meteroid üzərində aparılan araşdırmalar zamanı Marsda yaşam ola biləcəyi nəzəriyyələrini yenidən canlandırıb.

Bildirir ki, Lozanna Federal Politexnik Məktəbi (EPFL) tərəfindən yaradılan araşdırma qrupu meteroid üzərindəki çatlaqlara diqqət çəkərək onun üzərində karbo izləri olduğu qənaətinə gəlib.

EPFL-in açıqlamasına görə, qayanın üzərindəki karbonun bioloji mənşəli olduğu təsbit edilib. “Tissint” adı verilən meteroid 2011-ci il iyulun 18-də dünyaya düşmüşdü. “Tissint”in Qırmızı Planetdən gəldiyinə inanılır.

Marsda çox-çox əvvəllər baş verən asteroid toqquşması nəticəsində planetin səthindən bəzi parçaların kosmosa səpələnəcəyi və bunların zaman-zaman dünyaya düşdüyü güman edilir.(avtxəbər.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button