Maraqlı

Sabiq məmurların gözqamaşdıran pensiya məbləğləri – Siyahı

Azərbaycanda sabiq məmurların nə qədər pensiya alması hər kəsin marağında olan mövzudur. Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər.

“SAVAŞ” xəbər verir ki, Unikal.org sabiq nazirlərin, məmurların və millət vəkillərinin nə qədər təqaüd almasını dəqiqləşdirib.

Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır.

Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır.

Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır.

Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib.

Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır.

Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib.

Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır.

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub.

Sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button