Maraqlı

Azərbaycanın borclu müğənniləri

Azərbaycanın borclu müğənniləri
Azərbaycan şou-biznes əhlindən kimin borcu var?

ANS PRESS məşhurlar arasında bu barədə sorğu aparıb.

Sevda və Elmira Ələkbərzadə bacıları bu mövzuda tamamilə uzaq olduqlarını bildiriblər. Sevda Ələkbərzadə \”İnsan ayağını yorğanına görə, uzaltmalıdır\” sözlərini deyib. İlhamə Qasımova, Sevda Yəhyayeva, Roza Zərgərli, əvvəllər kredit borcları olduğunu bildiriblər.

Bəstəkar Gövhər Həsənzadə mövzuya bir az yumoristik yanaşıb. \”Mənim yalnız valideynlərimə borcum var. Düzdür, atam çox vaxt özünü unutmuş kimi aparır, anam isə yox. Anama olan borcumu qaytarmaq vaxtı çatanda artıq narahat oluram\”, – deyə qeyd edib. Bəstəkar bildirib ki, kredit götürməyə pis baxmır.

Banklara kredit borcları olan müğənnilər də var. Məsələn, Elza Seyidcahan, Səidə Sultan, Azad Şabanov bu sıraya daxildirlər. Onların əsasən maşın kreditləri var. Ayda isə banka 500-1000 manat arası kredit pulu ödəyirlər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button