Maraqlı

Alimlər ölümqabağı tuneldə görünən işığın mənasını izah etdilər

Alimlər ölümqabağı tuneldə görünən işığın mənasını izah etdilərÜrək dayandıqdan 30 saniyə ərzində beynin aktivliyi kəskin şəkildə artır.

Amerikalı tibb işçiləri ürək dayanması keçirən insanların sonunda ağ işıq olan tunelin, ölən qohumların görünməsi və bu qəbildən olan təcrübənin yeni izahını təklif ediblər.

Alimlər müəyyən ediblər ki, ürək dayanarkən oksigenin və qlükozanın beyinə daxil olmaması beynin aktivliyini stimullaşdırır.

Yeni tədqiqat haqqında Proceedings of the National Academy of Sciences jurnalının səhifələrində danışırlar.

Amerikanın Miçiqan ştatının Universitetinin tibb işçiləri doqquz siçovulu asfiksiyaya (boğulmaya) məruz qoyublar. Heyvanların vəziyyəti elektrokardioqrafın və elektroentsefaloqrafın kombinasiyası ilə xüsusi cihazla ölçülüb.

Aydın olub ki, ürək dayandıqdan 30 saniyə ərzində beynin aktivliyi kəskin şəkildə artır.

Tədqiqatın müəlliflərinin fikrincə, ürək dayanarkən beynin fəaliyyəti insanlara ölümqabağı həyəcan və görüntülər yaradır.

2014-cü ildə digər alim kollektivi müəyyən edib ki, təfəkkür, hətta beyin tamamən fəaliyyətini dayandırdıqda belə müəyyən səviyyədə qalır.

Sautqemptonsk Universitetinin əməkdaşları dörd il müddətində Avstriyanın, Böyük Britaniyanın və ABŞ-ın 15 xəstəxanasında ürək dayanması yaşayan iki mindən artıq pasient üzərində tədqiqat aparıblar.

Sağ qalanların 40 faizi ürək fəaliyyətinin bərpasına qədər keçirdikləri kliniki ölüm zamanı təfəkkürün mövcud olduğu təcrübəsini bölüşüblər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button