Maraqlı

Erməni qız rus sülhməramlısından hamilə qaldı – Anası baş leytenantı axtarır

25 yaşlı Qayane Qrantovna Arzumanyan Xankəndindəki Rusiya sülhməramlı kontingentinin rəhbərliyindən ədalət tələb edir. 

“SAVAŞ” bizim.media-ya istinadən xəbər verir ki, bu haqda məlumatı “everything.kz” saytı yayıb. Problemin incəliyi ondadır ki, qız 2021-ci ilin yanvarında Rusiya Müdafiə Nazirliyinin Qarabağda xidmət edən Artyom adlı baş leytenantı ilə görüşüb.

Onun dediyinə görə, təxminən iki həftə görüşüblər, bundan sonra Artyom ünsiyyəti dayandırıb və komandanlıq qıza Artyomun olduğu yer barədə heç nə deməyib.

Bir həftədən sonra Qayane hamilə olduğunu öyrənib və bu haqda Artyoma bildirib. Qızın sözlərinə görə, gənc oğlanın reaksiyası müsbət olub.

Hazırda qız 7 həftəlik hamilədir. Qızın valideynləri və qohumları müxtəlif orqanlara müraciət etsələr də baş leytenant Artyomun axtarışı hələ bir nəticə vermir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button