Maraqlı

Yer planeti ilə bağlı qorxunc proqnoz – 2017-ci ilin oktyabrında…

Yer planeti ilə bağlı qorxunc proqnoz – 2017-ci ilin oktyabrında…Amerikalı alim tərəfindən Yer planeti ilə bağlı qorxunc bir açıqlama yayılıb. Texas Universitetinin McDonald rəsədxanasında çalışan Judit Gyorgyey-Rays Yer planetinin kosmik boşluqda sürətlə irəliləyən bir meteoridin yolunun üzərində olduğunu bildirib.

Onun sözlərinə görə, meteorid Nyu-York şəhərinin simvollarından olan Azadlıq abidəsi böyüklüyündədir. O, göy cisminin 2017-ci ilin oktyabrında planetimizlə toqquşacağını iddia edib. Xatırladaq ki, 2013-cü ilin fevral ayında bənzər hadisə baş verib. Rusiyaya düşən meteorid 1200 nəfərin yaralanması və xeyli maddi itki ilə nəticələnmişdi. Rusiyaya düşən “2012 TC4” adlı meteoridin sözügedən meteoriddən daha kiçik olduğunun vurğulayan amerikalı alim 2017-ci ildə baş verəcək toqquşmanın nəticələrini təxmin etməyin hələ tez olduğunu bildirib.

Mövzu ilə əlaqədar şərh verən Avropa Kosmik Agentliyinin əməkdaşı Detlef Koşini isə sözügedən meteoridin planetimizlə toqquşma ehtimalının milyonda bir olduğunu deyib.(publika.az)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button