Maraqlı

“Azərbaycan hərbçiləri Ermənistan ərazisindədir” – Düşmən ölkənin Müdafiə Nazirliyi açıqlama yaydı

Azərbaycanlı hərbçilərdən ibarət bir neçə qrup əvvəlki mövqelərinə qayıdıb, amma onların bir hissəsi hələ də Ermənistan ərazilərindədir.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib.
Sözügedən məlumatda iddia olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra sərhəddəki gərginlik əvvəlki günlə müqayisədə  əasalı surətdə dəyişməyib.

“Mayın 16-da aparılan danışıqlardan sonra Ermənistan ərazisinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin bir neçə qrupu əvvəlki mövqelərinə qayıdıb. Amma Azərbaycan hərbçilərinin bir hissəsi hələ də Ermənistan Respublikasının ərazisindədir. Bəyan edirik ki, Ermənistan Respublikasının suveren ərazilərinə hər hansı bir təcavüz qətiyyən qəbuledilməzdir və gözlənilməz nəticələrə səbəb olacaq ciddi proseslərin qarşısını almaq üçün Azərbaycan hərbçiləri qeyd-şərtsiz ərazimizi tərk etməlidir” – deyə, bəyanatda vurğulanır.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button