Maraqlı

Toylarla bağlı şad xəbər: Mərasimlər bu şəkildə keçiriləcək – RƏSMİ

Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib.

Onun sözlərinə görə, vətəndaşları narahat edən məsələlər müzakirə edilir:

“Bu yaxınlarda qərarlar elan olunacaq. Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Artıq bir ildir deyirik ki, normal həyata qayıdaq. Lakin bilməliyik ki, normal həyat anlayışımız da bir qədər dəyişəcək”. 

Y.Qarayeva qeyd edib ki, istər şadlıq mərasimləri, istərsə də digər kütləvi insanların bir yerə toplaşdığı mərasimlər – hamısı müzakirə olunur:

“Onlarla bağlı bəlli qaydalar hazırlanır. Odur ki, yalnız rəsmi qərarları gözləsinlər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button