Maraqlı

“Kondinsioner yoluxmanı artırır” – İctimai nəqliyyatda soyutma sistemi işə salınacaqmı?

“İstənilən qapalı mühitdə xəstə bir nəfər varsa, kondisioner və dövr edən sistem o infeksiyanın qısa müddətdə yayılmasına səbəb ola bilər”.
Bunu  tibb üzrə ekspert Adil Qeybulla “ictimai nəqliyyatda istifadə olunan kondisionerlər virusun yayılmasını sürətləndirə bilərmi?” sualını cavablandırarkən deyib. Mütəxəssis bidirib ki, iaşə müəssisələri, restoranlarda bu ehtimal daha realdır:

“Həmin məkanlarda insanlar saatlarla əyləşirlər və aralarında bir xəstə adamın olması mümkündür ki, bir neçə adamı xəstələndirsin. Lakin demək olar ki, koronavirusla konktakda olmayan adam tapmaq çətindir. Bu və ya digər dərəcədə COVİD-19 hər kəsə toxunub. Elə insan var ki, bunu ayaqüstə keçirib, faqositoz mərhələsində sönüb, bədəndə interferon (orqanizm tərəfindən viruslar, bakteriyalar və ya xərçəng kimi zərərli birləşmələrə cavab olaraq istehal olunan təbii bir protein) çox olub. Yaxud koronavirusu ağır keçirənlər, nəticədə immun sistemi formalaşanlar var”.

Müsahibimiz bütün bunları geri qalan mərhələlər adlandırıb və koronavirusun mövcud üç dalğasında xəstələnənlərin kifayət qədər olduğunu bildirib: “Biz artıq vaksin olunanlara görə kollektiv immunitetə daha yaxınıq. Hesab edirəm ki, proses bu cür davam edərsə və xüsusi sürprizlər olmazsa, yaya kimi yəqin ki, bunun sonuna çatarıq. Ona kimi də epidemioloji vəziyyətdən asılı olaraq, müəyyən yumşalmalar olacaq. Bu da mərhələ-mərhələ həyata keçiriləcək”.

Günay Rəsulqızı

sfera.az

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button