Maraqlı

Teymur Əmrah yalvardı: \”Elza, qurban olum, oxuma…\”

Teymur Əmrah yalvardı: "Elza, qurban olum, oxuma..."Əməkdar artist Teymur Əmrah \”Gündəlik\” verilişinin qonağı olub. Savash.org qafqazinfo-ya istinadən xəbər verir ki, əməkdar artist həmkarı Elza Seyidcahandan danışıb və onu müğənnilikdən uzaqlaşmağa səsləyib:

“Elzanın konsertinə fəxri qonaq kimi getmişdim, mənə də söz verdilər. Dedim ki, Elza, sənə qurban olum, oxuma. Tofiq Quliyev yazırdı, oxumaq üçün Şövqət Ələkbərovaya, Rəşid Behbudova verirdi. Öz mahnılarını ifa etməklə Elza tarixdə qalmayacaq. O peşəkar bəstəkardır, mükəmməl təhsil alıb. Ehtiyat edirəm, peşəkar müəllim kimi narahat oluram ki, avanqard mahnılarla Elza tarixdə qalmaz. Elza oxumasın, bəstələsin. Mahnıları versin başqası oxusun. Elzanın bəstəsi olan “Əl çəksin kədər” mahnısını Gülay Zeynallı çox qəşəng oxuyub. Elza heç vaxt mənim sözlərimdən incimir”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button