Maraqlı

Vuhandakı labaratoriyadan inanılmaz GÖRÜNTÜLƏR: Yarasalar mütəxəssisləri dişləyib

Koronavirusun meydana çıxdığı yer olduğu iddia edilən Vuhan Viroloji Laboratoriyası ilə əlaqəli 2017-ci ilə aid maraqlı görüntülər ortaya çıxıb.

“SAVAŞ” xəbər verir ki, sözügedən görüntülərdə yarasaları araşdıran mütəxəssislərin qoruyucu vasitələrə əhəmiyyət vermədikləri və heyvanların onları dişlədiyi müşahidə olunur.

Bildirək ki, hadisə ilə bağlı həmin dövrdə Çində xəbər yayımlanıb. Tədqiqatçıların bölgəyə getməzdən əvvəl quduzluq əleyhinə peyvənd edildiyi ifadə edilir. Mütəxəssislərdən biri tədqiqatlar zamanı bir yarasanın onu dişlədiyini deyərək əlindəki şişləri göstərir. Başqa bir tədqiqatçı üzərinə sıçrayan qandan danışır. O dövrdə bu görüntülər geniş müzakirəyə yol açdığı üçün Vuhan İnstitutu Viroloji Laboratoriyanın direktoru Şi Jenqli açıqlama verərək, “Bu iş hər kəsin düşündüyü qədər təhlükəli deyil. İnsanların birbaşa yoluxma ehtimalı çox azdır”, – deyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button