Maraqlı

\”İrəvanda xal qalmadı\” mahnısı necə yaranıb – İLGİNC TƏFƏRRÜAT

"İrəvanda xal qalmadı" mahnısı necə yaranıb - İLGİNC TƏFƏRRÜATMilli musiqimizin bəzəyi sayılan və uzun illərdir ki, xalq mahnısı kimi təqdim edilən \”İrəvanda xal qalmadı\”nın yaradıcısı bəllidir.

Muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir.

Bu mahnının yaranma tarixi belədir. Şuşalı Cabbar Qaryağdıoğlu İrəvan şəhərində varlı bir şəxsin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən? Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiyə bələyərək həmin mahnını qoşub.

Təsadüfən yaranan bu mahnının taleyi də uğurlu olub. Cabbar Qaryağdıoğludan sonra ustad xanəndələr \”İrəvanda xal qalmadı\”nı çox şövqlə oxuyublar. Dildən-dilə keçərək ellərə yayılan mahnı beləliklə öz yaradıcısının adı ilə deyil, el nəğməsi kimi məşhurlaşıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button