Maraqlı

Yay aylarında bu sadə üsulla koronavirusdan qorunmaq olar – Həkim məsləhəti

Son vaxtlar insanlarımız mövsümi xəstəliklərlə koronavirusu qarışdırırlar. Hətta qrip olduğu halda koronavirus əleyhinə müalicə alan insanlara da rast gəlinir.

Hər iki xəstəlik hər nə qədər oxşar olsalar da, onları bir-birindən ayıran fərqlər mövcuddur. Hətta istənilən şəxs test vermədən belə xəstəliyin növünü özü müəyyənləşdirə bilər.

Mövcud fərqər haqqında həkim infeksionist İlham Bayramov bunları deyib:

“Qriplə koronavirusu ayıran ilk əlamət odur ki, qripdə burundan su gəlir, koronavirusda isə belə hal müşahidə olunmur. Yəni, kataral sindrom ancaq qripə aid edilə bilir. Bundan başqa qripə tutulan şəxsin 3-5 gün ərzində tempraturu yüksək olur. Lakin koronavirusda tempraturun yüksək həddi uzunmüddətli olur. Qrip xəstəliyində ciddi ağırlaşamlar olmur, koronavirus isə daha ağır formada keçir. İnsan eyni anda iki virusa yoluxa bilməz. Yəni, koronavirus özü də qripin bir qoludur”.

İnfeksionistin sözlərinə görə, yay fəslində virusa yoluxan şəxslər günəşdə zaman keçirsələr müsbət nəticə əldə bilərlər:

“Yay aylarında koronavirusa yoluxan şəxslərin durumları qış aylarına nisbətdə daha yaxşı olur. Çünki virus soyuq aylarda daha aktivdir, günəş isə virusun məhvinə gətirib çıxarır. Bu baxımdan koronavirus xəstələrinin günəş vannası qəbul etməsi yaxşı olar. Yəni, vitamin C, vitamin D belə aylarda xəstəyə müsbət təsir edə bilər”.

Əzizə Zeynal

Sfera.az

 

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button