Maraqlı

“Kişi müğənnilər mənə deyir ki, bu məmur səninlə…” – Nüşabədən şok açıqlama

Müğənni Nüşabə Musayeva aparıcı Tarix Əliyevə(Tolik) müsahibəsində şok iddialar irəli sürüb.

İfaçı bunları söyləyib:

“Əxlaqdan danışanların kralıdır və kişidir. Xanım müğənnilər də var. Müəyyən titullar alıblar. Mənə zəng edib, deyiblər ki, filan məmur səninlə tanış olmaq, birgə  nahar etmək istəyir. Mən də qəbul etməmişəm.  İki gün sonra həmin adamlar  guya məni tanımırlarmış kimi davranıblar.

Məsələn, rəqs etdiyim videoya onlardan biri yazmışdı ki, bunu sil. Dedim niyə? Sənin iki gün əvvəl mənə satılıq qadın təklifindən pismi hərəkətdir? Sonra düşmən olduq. Mən sözü sərt deyən insanam. Hamıyı tanıyırlar. Kimsə deyə bilməz ki, Nüşabə kiminsə həyatında satılıq olub. Söyləyərlər ki, münasibəti var. Lakin satılıq idi  deyə bilməzlər. Onların gəldikləri məkandan suları qurumayıb. Mənim rəqsimə “Booy” deyir. Sən birinci özünə bax, sonra mənə əxlaqdan dərs keç”.

N.Musayeva həmçinin həmkarı Rəqsanə İsmayılovanın Moskvaya üz tutan müğənnilər haqqında dediklərinə də münasibət bildirib:

“Rəqsanə düz danışıb. O hörmətlə yanaşıb ad çəkməyib. Mən olsam, həmin şəxsin  adını da söyləyərdim. Rəqsanə  niyə paxıllıq etsin?! Onun toydan qazandığı pulu hansı müğənni qazana bilir? Hətta o özü müğənnilərə dəstək göstərib. Məni də neçə dəfə dəvət edib. Deyir, “gəl, oxu, çıx get”.  Ailəliyəm deyib, gizli-gizli iş görürlər axı.  Rəqsanə bunu demək istəyirdi. Yoxsa ona irad bildirdilər ki, sənin keçmişin belədir. Guya kimin keçmişi normaldır?”

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button