Maraqlı

Azərbaycanda işsizliyin səviyyəsi 7,2 faizə yüksəlib – RƏSMİ ETİRAF

Ötən il ölkəmizdə məşğul əhalinin sayında azalma, işsizlərin sayında isə artım müşahidə edilib.

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2019-cu ildə 4,938 milyon nəfər olan məşğul əhalinin sayı 2020-ci ildə 4,877 milyon nəfərə düşüb.

Bu dövrdə işsizlərin sayı xeyli artıb. 2019-cu ildə 251,6 min olan işsizlərin sayı ötən il 375,9 minə yüksəlib. İl ərzində işsizlərin sayı 124,3 min və ya 49,4 faiz artıb.

Qeyd edək ki, Azərbaycan əhalisinin 5,252 milyon nəfəri iqtisadi fəal insanlardan ibarətdir. 2020-ci ilin nəticələrinə əsasən, işsizlərin sayının kəskin artması ilə əlaqədar ölkəmizdə işsizliyin səviyyəsi 4,8 faizdən 7,2 faizə yüksəlib.

 

Vasif

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button