Maraqlı

“Toylarla bağlı ən qısa zamanda qərar veriləcək” – Deputatdan “hazırlıqlar gedir” açıqlaması  

“Aydındır ki, xəstəliklərin artmaması üçün toylara icazə verilməsi ertələnir. Məsələ burasındadır ki, koronavirusa yoluxanların sayında da azalma müşahidə edilir”.

“SAVAŞ” xəbər verir ki, bunu sfera.az-a açıqlamasında deputat Razi Nurullayev son günlər insanları daha çox narahat edən məsələdən – toylardan danışarkən deyib. O bildirib ki, şadlıq evlərinin neçə hektarlıq həyətləri var və orada toy keçirmək mümkündür:

“Açıq havada, dəniz qırağında toy keçirmək olar. Burada nə problem var? Toyların keçirilməməsi nəticəsində ən azı 500 min insan işsiz qalıb, nəticədə sosial narazılıq artır. Axı bizim zavodumuz, fabrikimiz yoxdur, Amerika, Yaponiya, Almaniya deyilik. Bu ölkələrdə insanların iş yerləri zavod, fabrikdir. Azərbaycanın zavodu isə toylardır. Bir toyun olması ən azı 5-6 min insanın çörəkpulusu deməkdir. Bu baxımdan toylara tez bir zamanda icazə verilməlidir”.

Millət vəkili həmçinin toylarda iştirak üçün vaksin şərtinin qoyulub – qoyulmamasından da söz açıb: “Hesab edirəm ki, toylar üçün vaksin tələbinin qoyulması narahatedici məqam olar. Həmçinin bizdə istifadə olunan “SinoVac” və “Sputnik V” vaksinləri dünya tərəfindən tanınmır. İnsanlar pasport alsa da, ölkədən kənara çıxa bilməyəcəklər. Toylara gedən insanlara COVİD pasportu tələbinin qoyulmasını doğru saya bilmərəm”.

Digər müsahibimiz deputat Naqif Həmzəyev isə mövzu ilə bağlı qeyd edib ki, iyun ayında aktiv yoluxma sayı azalarsa, stabil qalarsa, müvafiq qaydalar çərçivəsində toyların keçirilməsinə icazə veriləcək:

“Məndə olan məlumata görə, bununla bağlı hazırlıq da görülür, ekspertlərin rəyi öyrənilir. İstənilən halda, bu, ciddi məsələdir. Lakin yumşalmaların olması o demək deyil ki, rahatlamalıyıq. Əks təqdirdə, pandemiya yenidən alovlana bilər. Bu baxımdan səbr etməliyik. Ən qısa zamanda Operativ Qərargah və TƏBİB açıqlama verəcək.

Digər tərəfdən artıq COVİD pasportuna sahib olan vətəndaşlarımızın sayı çoxdur. Vaksinasiyada kütləviliyin şahidi oluruq. Toy zamanı bu pasportlar yoxlanıla bilər. Ancaq burada məsuliyyət vətəndaşların öz üzərində olacaq. COVİD və ya immunitet pasportu olmayan vətəndaşların toya gəlməsi müəyyən dərəcədə problem yarada bilər. Fikrimcə, bu məsələlər də müvafiq qaydalar çərçivəsində tənzimlənəcək. Ancaq mall-lara, restoranlara, kafelərə girişdə heç bir sənədin tələb olunmağıdı kimi, toyların da bu cür təşkili mümkündür. Ən qısa zamanda sevindiri xəbərin gələcəyini düşünürəm”.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button