Maraqlı

Azərbaycanlı teleaparıcı pullu kişi axtarır – AÇIQLAMA

Azərbaycanlı teleaparıcı pullu kişi axtarır - AÇIQLAMA“Gün üzü” verilişində “İdeal kişi necə olmalıdır?” mövzusu müzakirə olunub.

Müzakirələrin baş qəhrəmanları isə Vasif Məhərrəmli, Nüşabə Ələsgərli və Naibə Allahverdiyeva olub.

Aktrisa Naibə Allahverdiyeva hələ kriteriyalarına uyğun birinin onun qarşısına çıxmadığını deyib. Aktrisaya görə, əsl ideal kişi romantik olmaldır. Allahverdiyeva ilə Məhərrəmlinin arasında fikir ayrılığı yaşayan əsnada telaparıcı Mətanət Əliverdiyeva canlı efirə bağlanıb. Onun dediyinə görə, romantikadan əvvəl madiyyat dayanır.

“Verilişi izləyirdim diqqətimi Naibə xanımın fikriləri çəkdi. Deyir ki, kişi romantik olmalıdır, yatağıma gül gətirməlidir. Mənim şəxsən belə şeylərdən ətim tökülür. O nə olan şeydi? Niyə kişi yataq otağıma gül gətirməlidir? Danılmaz faktdır ki, bütün xanımlar pullu kişi axtarırlar.

Ordakı xanımların hamısı pul qazanan xanımlardır. Ona görə belə rahat danışırlar. Bəs qazanmayan xanımlar necə olsun? Bir gün, iki gün o gülü iyləyəcəyik, sonda tikanı bizə batacaq. Ailədə mübahisə yaranacaq. Sonda da ayrılıq baş verəcək. Çərxi fələk fırlanıb yenə pulun üzərində dayanacaq”. (gecce.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button