Maraqlı

Van Damm Bakıda iki bahalı mənzil aldı – Birini özünə, digərini oğluna

Məşhur Hollivud ulduzu, döyüş filmlərinin qəhrəmanı Jan-Klod Van Dammın Bakıda mənzil alması barədə etibarlı mənbələrdən xəbər daxil olub.

“SAVAŞ” xatırladır ki, bir müddət əvvəl məşhur aktyorun oğlu Kristofer Van Varenberq (Kris Van Damm) azərbaycanlı xanımla ailə həyatı qurub. Buna görə də Jan-Klod Van Dammın Bakıda yerləşən məşhur “Gumush Residence” yaşayış kompleksində oğlunun yeni ailəsi və özü üçün 2 mənzil aldığı bildirilir.

Xatırladaq ki, daha əvvəlki səfərlərində də şəhərimizi çox bəyəndiyini bildirən Hollivud ulduzu xüsusən Bakının mənzərəsini çox sevir.

Lakin nəzərinizə çatdıraq ki, məşhur aktyorun “Gumush Residence”də mənzil alması barədə həmin kompleksin satışını həyata keçirən “PMD Group” şirkəti tərəfindən hər hansı informasiya verilməyib. (sherg.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button