Maraqlı

Məşhurların övladları: Azad Rəhimovun menecer oğlu (FOTO)

Məşhurların övladları: Azad Rəhimovun menecer oğlu (FOTO)
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə…

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da…

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov barəsindədir.

51 yaşlı Azad Rəhimov 1981-86-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. 1986-1987-ci illərdə hərbi xidmət keçən gələcək nazir Azad Rəhimov 1987-1989-cu illərdə Bakı şəhəri Xətai rayon Komsomol Komitəsinin katibi işləyib. Daha sonra iki il Xətai rayon Komsomol Komitəsinin 1-ci katibi vəzifəsini tutub.

1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri postunu tutmuş A.Rəhimov sonrakı fəaliyyətini biznes sahəsində qurub.

Belə ki, o, 1994-1998-ci illərdə \”Ros-İmesko\” MMC-nin baş direktoru, 1998-2006-cı illərdə isə \”İtaldizayn\” QTSC-nin baş direktoru işləyib.
2006-cı ildə ölkə başçısının sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunub. Cənab Rəhimov artıq 9-cu ildir nazir postunu tutur.

Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Azad Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.

Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – \”Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində “Baku Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimov “Qran Pri” yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bununla da Azərbaycan postsovet məkanında Rusiyadan sonra “Formula 1” yarışına evsahibliyi edəcək ikinci ölkə olacaq.

Bakıda keçiriləcək \”Formula-1\” mərhələsi üçün yolların layihəsi də artıq hazırlanıb. 6 kilometr uzunluğunda tras 20 döngədən ibarət olacaq. \”Baku Grand Prix\” şirkətinin sifarişi ilə hazırlanmış layihədə tras 340 km/saat sürət üçün nəzərdə tutulub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button