Maraqlı

Hadisədən gözlənilməz  ETİRAF – “Kaan hər şeyimə qarışırdı, Mehmet isə…”

Məşhur türkiyəli müğənni Hadisə ilk dəfə yeni sevgilisi haqda danışıb.

İfaçı bu barədə dostları ilə söhbəti zamanı deyib. İddialara görə, Hadisə hazırda münasibətdə olduğu iş adamı Mehmet Dinçerlerlə xoşbəxt olduğunu və ilk görüşdən eşq yaşadığını bildirib.

O həmçinin ötən həftələrdə ayrıldığı aktyor Kaan Yıldırımdan da söz açıb və bu münasibətin onu yorduğunu qeyd edib.

“Kaan məni çox yordu, müharibədən çıxmış kimiyəm. Daha əvvəl münasibəti bitirmək istədim, amma şans verməyimi istədi. Hər şeyimə qarışırdı – işimə, şəkillərimə. “Ailəm münasibətin mətbuata yansımasını istəmir” deyirdi. Mesaj atıb bunlara son qoydum, ona dözmədiyimi bildirdim. Mehmet isə ilk baxışda aşiq oldu”, – deyə Hadisə söyləyib.

Xatırladaq ki, Hadisə sevgilisi Kaan Yıldırımdan bir neçə həftə əvvəl ayrılmışdı. O hazırda “Gloria Jean’s Coffees”in sahibi Mehmet Dinçerlerlə sevgilidir.

Türkan

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button