Maraqlı

Aşıq Namiqin seksual hərəkət etdiyi və döydüyü qadın POLİSƏ ÇAĞRILDI

Aşıq Namiqin seksual hərəkətlər etdiyi iddia olunan qadının şikayətinə baxılıb.

“SAVAŞ” xəbər verir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. O bildirib ki, hazırda araşdırmalar davam edir:

“İyulun 15-də, 1990-cı il təvəllüdlü bir xanım, Mirəli Qaşqay küçəsində “Köklə sazı” adlı ofisdə aşıq sənəti ilə məşğul olan Namiq Fərhad oğlu Hüseynovun ona qarşı seksual hərəkətlər etdiyini və döydüyünü DİN-in 102 xidmətinə zəng edərək bildirib.

Həmin müraciət baxılması üçün ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilib. N.Hüseynovun və şikayətçi qadın bölməyə dəvət olunaraq dindirilib. Hazırda araşdırmalar davam etdirilir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button