Maraqlı

Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu – Bakıda film kimi hadisə

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.

Rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb. Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub. Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var.

(qafqazinfo)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button