Maraqlı

Ölü qadın sağlam uşaq dünyaya gətirdi

Ölü qadın sağlam uşaq dünyaya gətirdiAmerikanın Nebraska şəhərində beyin ölümü keçirmiş hamilə qadın sağlam uşaq dünyaya gətirib.

2 ay əvvəl beyin ölümü keçirən 22 yaşlı Karla Peres körpəsini dünyaya gətirməsi üçün aparata qoşulmuşdu.

Karla ikinci uşağa hamilə idi. Fevral ayında gənc ana evdə olarkən qəflətən güclü qanaxmadan az qala öləcəkdi. Beyin ölsə də, həkimlər 54 gün ərzində onu aparatdan ayırmayıblar.

Aprel ayında döl artıq doğuşa hazır olanda, həkimlər qeysəriyyə əməliyyatı edirlər. Onun oğlu dünyaya gəlir.

\”Karlanın ölümü ağır itkidir, lakin onun qoyduğu miras son dərəcə gözəldir\”- deyə qadın xəstəxanasının vitse-prezidenti bildirib.

Həkimlər qeyd edirlər ki, ananın vəziyyəti körpənin sağlamlığına ciddi zərər vurmayıb. Onun vəziyyəti stabildir.(anspress.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button