Maraqlı

COVİD-19 vaksini vurdurmayanlara çörək satılmayacaq – Şok qərar

Türkiyədə COVİD-19 vaksini ilə bağlı maraqlı addım atılıb.

Sfera.az bildirir ki, İstanbulun 6 bölgəsində vaksin olunmayan şəxslərə çörək satılmaması haqqında qərar qəbul edilib.

Sözügedən bölgələr arasında Bakırköy, Güngören, Bağcılar, Bahçelievler, Bayrampaşa ve Esenler yer alır. Qərara görə, qeyd edilən ərazilərdə yerləşən çörək dükanlarına peyvəndsiz girmək də mümkün olmayacaq.

İstanbul çörəkçilər mərkəzinin Esenler nümayəndəsi Mustafa Çiçək bildirib ki, qərara səbəb yoluxmaların artması olub.

“Hazırda yoluxmalar sürətlə artır və proses bizi narahat edir. Biz də çörəkçilər olaraq öhdəmizə düşəni etməyə çalışırıq. Vaksin qərarının qısa zamanda 39 bölgəyə də şamil ediləcəyini düşünürəm. Hətta bütün Türkiyədə bunun tətbiq edilməsinin tərəfdarıyıq”, – deyə o əlavə edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button