Maraqlı

Metroda özünü koronavirus xəstəsi kimi apardı, 2 il 4 ay həbs cəzası aldı

Moskvanın Presnenski məhkəməsi, paytaxt metrosunda koronavirus simptomlarını simulyasiya edən Tacikistanlı bloqer Karomatullo Caborovu 2 il 4 ay həbs cəzasına məhkum edib. Bu barədə “TASS”-a Caborovun vəkili Roman Şahmanov deyib.

“Caborov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib, köməkçiləri isə şərti cəza alıb”, – vəkil bildirib.

Eyni zamanda, Şahmanov deyib ki, Caborovun günahını etiraf edib və istintaq təcridxanasında keçirdiyi vaxtı nəzərə alınmaqla, o üç həftə ərzində azad oluna bilər.

Müəyyən olunub ki, 2 fevral 2020-ci ildə Caborov metronun vaqonunda olarkən, İsaçenkoya hərəkətə başlamaq üçün siqnal verdi. İsaçenko, göstərilən siqnaldan sonra, xəstəlikdən əziyyət çəkən insanı təsvir etməyə başlayıb, sonra isə vaqonun döşəməsinə düşüb.

Caborov, Isaçenkonun yanına qaçıb, nəbzini ölçməyə başlayıb, sonra isə “Koronavirus” qışqırıb. Bundan sonra Caborov və Melexov hər kəsi təcili vaqondan çıxmağa çağırıblar.

Sərnişinlər baş verənləri ciddiyə alıb və vaqondan panikada çıxmağa başlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button