Maraqlı

25 yaşlı gənc səhvən milyoner oldu

25 yaşlı gənc səhvən milyoner olduABŞ-ın Nyu-York şəhərində yaşayan 25 yaşlı Aşer Conniff yol verdiyi bir səhv nəticəsində… milyoner olub.

Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, 25 yaşlı gənc şansının da köməyi ilə qumarda xəyal edə bilməyəcəyi məbləği qazanıb.

A.Conniff bu ilin aprel ayında internetdə qumar oynayıb və 200 min dollar qazanıb. Bundan həvəslənən gənc növbəti dəfə bu turnirə qatılmaq istəyib. Lakin internet üzərindən qeydiyyat zamanı səhvə yol verən gənc dünyanın ən məşhur qumarxanalarından biri olan “Atlantik Siti”də keçiriləcək poker turnirində iştirak etmək şansı qazanıb.

O, turnirdə iştirak etmək üçün ailəsi ilə gedəcəyi tətili də təxirə salıb. Səhvən turnirə qatılan 25 yaşlı gənc 239 nəfər arasında birinci yeri tutmağı bacarıb. Mükafatı isə 1 milyon dollar olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button