Maraqlı

Prezident ölkəsində ərəb adlarını qadağan etdi – Rus soyadlarına dönüş…

Prezident ölkəsində ərəb adlarını qadağan etdi - Rus soyadlarına dönüş...Tacikistanda ərəb mənşəli adlardan istifadə edilməsinə qadağa qoyulacaq.

Axar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri prezident İmaməli Rəhman nazirlərlə təşkil etdiyi iclasda səsləndirib. Ölkə başçısı qeyd edib ki, artıq bu istiqamətdə Ədliyyə Nazirliyi tərəfindən müvafiq addımlar atılır. Bu qanun qəbul edildikdən sonra ölkədə ofis və obyekt, flora və fauna adlarının, o cümlədən, yerli mədəniyyətə məxsus ərəb mənşəli adların Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi mümkün olmayacaq.

İ.Rəhman bildirib ki, yeni doğulan körpələrə valideynləri tərəfindən milli adların qoyulmasında çətinlik yaranarsa, Ədliyyə Nazirliyi onlar üçün tövsiyə olunan adlar siyahısını təqdim edəcək.

Qeyd edib ki, soyadlar rus soyadları kimi \”ov\”la bitsin. Bu çıxış ölkədə birmənalı qarşılanmayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button