Maraqlı

Sənədsiz evlərə “kupça”ların verilməsi niyə yubanır? – Açıqlama

“Ola bilsin, maliyyə cəhətdən problemi çözməyə hazır deyillər. Çünki məsələnin həlli üçün bir neçə milyard manata ehtiyac var”.

Bu sözləri sənədsiz evlərə “kupça” verilməsi məsələsinin yubanmasına münasibət bildirərkən, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib:

“Resurslar olmadığından hələlik gözləmə mövqeyi tutublar. Bilirik ki, bu gün əsas resurslar işğaldan azad olunmuş ərazilərimizin bərpasına yönəlib. Ona görə də bir sıra digər məsələlər kimi, yəqin ki, sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi də arxa plana keçirilib. Digər tərəfdən, ola bilsin, hökumət risk amilindən ehtiyatlandığından hələlik gözləmə mövqeyi tutaraq problemin həlli yollarını araşdırırlar”.

Bütün hallarda həmsöhbətimiz sənədsiz evlərlə bağlı problemin hələ uzun müddət davam edəcəyini də düşünmür: “Yəqin ki, məsələ 3-5 ilə həll olunacaq”.

Elçin

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button