Maraqlı

“Virusa təsir edən konkret dərman yoxdur” – İnfeksionist

“Koronavirusa təsir edən konkret “Antiviral” preparat mövcud deyil. Halbuki protokollarda bir sıra dərmanlar yazılıb. O antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur”.

Bunu infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, “Favipiravir”, “Remdesivir” və digər preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib:

“Bu preparatları hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb, qəbul edirlər. İnsanların sanki, beyninə yeriyib ki, bu preparatları qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq, bütün həkimlər bu dərmanları necə gəldi, təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar”.

Həkim-infeksionistin sözölərinə görə, “Antiviral” preparatların yan təsirləri həddən artıq çoxdur:

“Hələ dünyada sadə Herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusa qarşı tapılsın. Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu “Antiviral” preparatlar COVID-19-un müalicəsində düzgün tətbiq edilməyib, neçə-neçə xəstə koronavirusdan yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button