Maraqlı

Spirtli içki qəbulu koronavirusun qarşısını alır? – İddialara mütəxəssis cavabı

Ötən il ərzində Azərbaycanda insanlar spirtli içkilərə 431 milyon pul xərcləyib. Bu rəqəm əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Belə düşünülür ki, spirtli içki qəbul edənlərin sayında artımın olmasına səbəb koronavirusla əlaqədardır.

Yəni, insanlarda belə bir fikir formalaşıb ki, spirtli içki virusu məhv edir və beləliklə spirtli içkidən istifadə artır.

Maraqlıdır, bu iddianın əsaslandırılmış tibbi izahı varmı? Spirtli içki koronavirusun qarşısını alırmı?

Mövzunu şərh edən immunoloq Akif Qurbanov spirtli içkinin koronavirusa hansısa formada təsir etmədiyini bildirib:

“Mütəmadi olaraq spirtli içki qəbul edən şəxslərdə bədənin müqaviməti zəifləyir. Sppirtli içki yalnız ağız və boğazda olan bəzi virusların inkişafını ləngidə bilər, koronavirusun yox. Spirtin koronavirusu məhv etməsi üçün spirt bütün orqanlarda 80-90 faiz konsentrasiya yaratmalıdır.

Bu baxımdan spirtli içki qəbul etmək immunitet yaranmasını zəiflədir və yoluxdurucu xəstəliklərə qarşı müqavimət qabiliyyətimizi azaldır. Biz vaksin olunan şəxslərə də deyirik ki, yaxın 10 gün ərzində spirtli içki qəbul etməyin ki, immunitet yaransın”.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button